
DİQQƏT! Bu gündən məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır
Avqustun 26-dan saat 12:00-da məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlum ata görə, məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.azelektron sistemi vasitəsilə həyata keçiriləcək.
Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.
Ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 2-27 sentyabr tarixlərində (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.
Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər: "Xüsusən Bakı şəhərində valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, onlayn qeydiyyat prosesinin təxminən 1 ay davam etdiyini nəzərə alaraq tələsməsinlər. Bu il bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb. Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat prosesi haqqında daha ətraflı məlumat veriləcək".
Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46