
Yaralıların adı məlum oldu: yas mərasimində ev uçdu - YENİLƏNİB - FOTO
İsmayıllıda yas mərasimi zamanı evin uçması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Balik kənd sakinləri Kamalova Müşkünaz Bəşir qızı, Mirzəməmmədova Sevda Ziyad qızı, Umudova Elnarə Tofiq qızı, Daşdəmirova Vüsalə Şükür qızı, Mirzəyeva Cəmilə Sədulla qızı, Quliyeva Ofeliya Nadir qızı və adı hələ ki, məlum olmayan daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyəti orta-ağır olaraq qalır.
13:18
İsmayıllı rayonunda ev uçub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.
Kənddə yas mərasimi olan iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu
12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN
12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı
12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki
12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25