9 illik təhsil bazasından kolleclərə qəbul olunanların qeydiyyatı başa çatdı
24 avqust 2019 10:17 (UTC +04:00)

9 illik təhsil bazasından kolleclərə qəbul olunanların qeydiyyatı başa çatdı

 
 
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb.
 
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar 2019-cu il avqustun 8-dən 23-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçiblər.
 
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926

Oxşar yazılar