Bakı teleqülləsində YENİ anten-fider sistemi
23 avqust 2019 18:02 (UTC +04:00)

Bakı teleqülləsində YENİ anten-fider sistemi

 
 
Bakı teleqüllə kompleksində yeni anten-fider sistemi istismara verilib.
 
“Teleradio” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, bu sistem vasitəsilə İctimai TV və CBC Sport TV proqramlarının Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü televiziya kanalında HD formatlı açıq yayımı təmin olunub.
 
Belə ki, HD formatını dəstəkləyən istənilən qəbuledicini 34-cü TV kanala və ya 578 MHz tezliyə kökləyib Bakı şəhəri və Abşeron yarımadası ərazisində qeyd olunan hər iki proqramı bir paketdə qəbul edərək Full HD ölçüdə izləmək mümkündür.
# 817
avatar

Oxşar yazılar