
Yol qəzasında xəsarət alan yeniyetmə komadadır - YENİLƏNİB
Şamaxıda yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan 15 yaşlı yeniyetmənin adı məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bir saat öncə Şamaxının Mirikənd kəndi ərazisində "Toyota" markalı minik avtomobili yolu keçən piyada, Qaravəlli kənd sakini, 2004-cü il təvəllüdlü İsmayılov Rahib Rahim oğlunu vurub. Yeniyetmə ağır kəllə-beyn travması aldığı üçün komaya düşüb və Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin R.İsmayılov idmana gedərkən baş verdiyi bildirilir.
Faktla bağlı araşdrıma aparılır.
****
11:58
Şamaxı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxının Mirikənd kəndindən keçən hissəsində qeydə alınıb. 90-FC-787 dövlət nömrə nişanlı "Toyota" markalı minik avtomobili yolu keçən piyadanı, 15 yaşlı oğlanı vurub. Yaralı ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48
Qabil Məmmədovun məhkəməsi başladı
11 iyul 2025 , 17:45
Könül İbrahimlinin ölümü ilə bağlı İNTİHAR maddəsi üzrə iş açıldı
11 iyul 2025 , 17:41