
Azərbaycan və İran sərhədçilərinin idman yarışları keçiriləcək
Azərbaycan və İran sərhədçilərinin idman yarışları keçiriləcək.
Bunu APA-nın Tehran bürosunun müxbirinə İranın Sərhəd Qoşunlarının komandanı general-mayor Qasim Rzayi ekskluziv açıqlamasında deyib.
Azərbaycan və İran sərhədçiləri arasında əlaqələrin yüksək səviyyədə qurulduğunu deyən Q.Rzayi bildirib ki, iki ölkənin sərhədçiləri çox yaxşı və yaxın münasibətlərə sahibdir. “Mən Azərbaycan Prezidenti İlham Əliyevlə 3 dəfə görüşmüşəm. Bu görüşlərdə də iki ölkə arasında yaxşı əməkdaşlıq münasibətlərinə toxunulub. Elçin Quliyevlə də koordinasiyalı əməkdaşlığımız mövcuddur”.
İki ölkənin 750 kilometrdən artıq müştərək sərhədə sahib olduğunu bildirən Q.Rzayi deyib ki, bu qədər uzun sərhəd bölgəsində iki ölkə sərhədçilərinin koordinasiyalı əməkdaşlığı mövcuddur.
Azərbaycan və İran sərhəd komandanlıqlarının gələcək əməkdaşlıq planlarından da danışan Q.Rzayinin sözlərinə görə, bu il Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti İranda səfərdə olacaq: "Keçiriləcək görüşlərdə indiyədək görülmüş işlər və əldə olunmuş razılıqların icrası, eləcə də yeni əməkdaşlıq proqramları haqqında danışacağıq".
Q.Rzayi onu da deyib ki, hazırda iki ölkənin sərhədçi idman komandalarının yarışlarını təşkil etmək məsələsi müzakirə olunur: "Biz bu cür yarışların keçirməsində maraqlıyıq“.
Oxşar yazılar

İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04