
İNANILMAZ! - Kosmik avtomobil Günəş ətrafında ilk dövrəni başa vurdu
Amerikalı sahibkar İlon Maska məxsus “Tesla Roadster” kosmik avtomobili Günəş ətrafında ilk uçuş dövrəsini başa çatdırıb.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, “Tesla Roadster” 2018-ci ilin fevralında “Falcon Heavy” raketinin test missiyasının faydalı yükü kimi buraxılan idman elektromobilidir.
Buraxılışın məqsədi raketin faydalı yükü Mars orbitinədək buraxa bilməsini nümayiş etdirmək olub. Bu dəfə isə elektromobil Günəş ətrafında tam bir orbiti başa vurub. Qət edilən məsafənin uzunluğu təxminən 1 226 milyon kilometr təşkil edir ki, bu da avtomobilin zəmanət müddətini 21 min dəfədən çox üstələyir.
“Tesla Roadster” kosmosa hələ də kosmik avtomobilin sükanı arxasında olan skafandr geymiş manekenlə birgə göndərilib. Kosmik avtomobil 2018-ci ilin noyabrında Mars yaxınlığından keçib və indi yenidən Qırmızı planetə yaxınlaşmağa başlayıb.
Müşahidəçilər qeyd edir ki, “Tesla Roadster” yüksək sürətlə hərəkət etməkdə davam edir və onun hərəkət trayektoriyasını xüsusi sayt vasitəsilə izləmək mümkündür.
Oxşar yazılar

Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18