Ümumiyyətlə, indi hər şey dəyişib. Rollar, uğurlar, layihələr var. Ondan danışmırlar. Bir dəxlisiz foto qoyuram hamı yazır. Yazırlar fikrin nədir? Edirəm, əcəb edirəm. Xoşuma gəlir, həzz alıram. Xoşunuza gəlmirsə, baxmayın. İnstaqramı özüm işlətmirəm, sadəcə paylaşımlara nəzarət edirəm. Yazılan şərhlərə əhəmiyyət vermirəm".
Çimnaz sosial şəbəkədə tez-tez tənqid edilən paylaşımlarından söz açıb:
"Videoları paylaşanda, yazılacaq heç bir şərhi nəzərə almıram. Özümü xoşbəxt insan hiss edirəm. Özümə necə istəyirəm yaşamağa, kimi istəyirəm sevməyə icazə verirəm. Lazım olanı yox, istədiyimi edirəm, sevirəm. Mən alqış gözləmirəm, önəmli deyil. Baxmayın, istəməyin. Həyatda ləzzətlə yaşayıram. Mənə yaşamaq lazımdır".
Aktrisa yeni seriala çəkildiyini də söyləyib. O, türkiyəli aktyorla tərəf müqabili olacağını bildirib.