İnsanlara donuz ürəyi köçürüləcək
20 avqust 2019 09:35 (UTC +04:00)

İnsanlara donuz ürəyi köçürüləcək

İnsanlara donuz ürəyinin köçürülməsinə növbəti 3 il ərzində başlanıla bilər.
 
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bunu Böyük Britaniyadan olan cərrah-transplantoloq Terens İnqliş deyib.
 
O, həmçinin söyləyib ki, 2019-cu ildə insana ilk dəfə donuz böyrəyi köçürüləcək. 
 
İnqlişin sözlərinə görə, əgər heyvandan insana böyrək köçürülməsi qənaətbəxş olarsa, onda tezliklə ürək köçürülməsi də mümkün olacaq. Bu donor orqanlarına artan tələbatı təmin etməyə imkan yaradacaq. 
 
Böyük Britaniyada ürək köçürülməsi ilə bağlı siyahıda 300-ə yaxın insan var. Ona görə də tədqiqatçılar yeni orqan mənbələri axtarırlar. Donuz orqanları isə öz ölçüsünə görə ən yaxşı alternativ hesab olunur. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1133

Oxşar yazılar