Borclu kimi axtarışda olanlar saxlanıldı
19 avqust 2019 15:01 (UTC +04:00)

Borclu kimi axtarışda olanlar saxlanıldı

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 22 cinayətin üstünü “isti izlər”lə açıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 6 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

 

# 613
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar