Boks üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi müəyyənləşdi
19 avqust 2019 12:36 (UTC +04:00)

Boks üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi müəyyənləşdi

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. 
 
Boks Federasiyasından Lent.az-a verilən məlumata görə, yığmanın böyük məşqçisi Nəriman Abdullayev Vaqif Şirinovun vəzifəsindən ayrılmasından sonra boş qalan postu müvəqqəti tutacaq. 
 
Onun qarşısına sentyabrın 7-21-də Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatında uğurlu çıxış etmək vəzifəsi qoyulub. N. Abdullayevin rəhbərlik etdiyi məşqçilər korpusunda əvvəlki kimi, Oqtay İbrahimov və Etibar Abdullayev yer alıblar. 
 
Artıq milli mundial üçün son təlim-məşq toplanışına da başlayıb. Bakı Boks Mərkəzində təşkil olunan və yarışın startınadək davam edəcək hazırlıqda 16 boksçu iştirak edir.
 
Dünya çempionatından sonra yığmaya yeni baş məşqçi təyin olunacaq.
# 1084
avatar

Oxşar yazılar