
FAO-nun sabiq baş katibi vəfat etdi
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) sabiq direktoru Jak Diuf 82 yaşında vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə FOA məlumat yayıb.
FOA-nun direktoru Tsyuy Dunyüy 1994-2011-ci illərdə FOA-ya rəhbərlik etmiş məşhur seneqallı siyasətçinin vəfatı ilə əlaqədar başsağlığı verib. T. Dunyüy J. Diufu "yoxsulluq, aclıq və yetərli qidalanmamaya qarşı yorulmaz mübariz" adlandırıb.
Qeyd edək ki, FOA-ya rəhbərlik müddəti başa çatdıqdan sonra J. Diuf Seneqal və Qvineya prezidentlərinin məsləhətçisi vəzifəsində çalışıb, 2014-cü ildə FAO-nun Saxara və Afrika buynuzu regionları üzrə xüsusi səfiri olub. Quruma rəhbərlik etdiyi dövrdə J. Diufun planetdə aclığa qarşı mübarizəsini FOA yüksək qiymətləndirib və onun adına mükafat təsis edib. Dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsinə daha böyük töhfə verən şəxslər hər il bu mükafatla təltif edilirlər.
Oxşar yazılar

50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17