Tankçılarımız Rusiyada 24 ölkə arasında 4-cü oldu - <span style="color:red;">FOTO
17 avqust 2019 22:02 (UTC +04:00)

Tankçılarımız Rusiyada 24 ölkə arasında 4-cü oldu - FOTO

 
 
Rusiyada V Beynəlxalq Ordu Oyunları başa çatıb.
 
Rusiya daxil olmaqla 10 ölkədə keçirilən oyunlara Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda baş tutan “Tank biatlonu” müsabiqəsi ilə yekun vurulub.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, müsabiqənin finalında Azərbaycan , Rusiya, Belarus və Qazaxıstan komandaları mübarizə aparıblar. 
Müsabiqənin qalibi Rusiya komandası olub. Azərbaycan komandası isə “Tank biatlonu” müsabiqəsində 24 ölkə arasında 4-cü yeri tutub.
 
Müsabiqənin final mərhələsini Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov da izləyib.
 
Bundan öncə isə Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə bilrlikdə Alabino poliqonunda açılan Dostluq Evindəki Azərbaycan pavilyonu ilə tanış olublar.
Daha sonra V Beynəlxalq Ordu Oyunlarının bağlanış mərasimi keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804

Oxşar yazılar