Bakıda avtomobil yandı: yolda tıxac yarandı
17 avqust 2019 15:04 (UTC +04:00)

Bakıda avtomobil yandı: yolda tıxac yarandı

 

Bakıda yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, bir qədər əvvəl Heydər Əliyev prospekti-Hava limanı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib. Yolda nəqliyyat vasitəsi yanır. Bu səbəbdən hazırda qeyd edilən yolda (şəhər istiqamətində) sıxlıq müşahidə olunur.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə isə, Suraxanı rayonunda “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar