Zərdab sakinini çaqqal dişləyib
17 avqust 2019 09:45 (UTC +04:00)

Zərdab sakinini çaqqal dişləyib

 

Zərdab sakinini çaqqal dişləyib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayon ərazisində baş verib.

Siləyli kənd sakini, 49 yaşlı Namiq Sabir oğlu Tahirov sahədə su suvaran vaxt qəflətən çaqqalın hücumuna məruz qalıb. Çaqqal N. Tahirovun bud nahiyəsindən dişləyib. Zərərçəkən Zərdab Rayon Mərkəzi Xəstəxanasına gətirilərək zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə məqsədi ilə evə buraxılıb. 

 

# 470
avatar

Oxşar yazılar