Yunanıstanın Əyriboğaz adasında 3 gündür davam edən meşə yanğınlarını söndürmək hələ ki, mümkün olmayıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın nəticəsində adanın böyük bir hissəsini əhatə edən meşələr külə dönüb. Adada olan çox sayda zeytun ağacları da alovlara təslim olub. Makrymali kəndində 8 kişi yanğında xəsarət alıb. Evlərə ziyan dəyib, çox sayda maşın yanıb.
Adadakı alovlar külək və isti havanın təsiri ilə daha da yayılır.
Yanğının söndürülməsində İtalya Yunanıstana kömək edir.