Maqnit qasırğası ilə bağlı vəziyyət açıqlandı
15 avqust 2019 17:44 (UTC +04:00)

Maqnit qasırğası ilə bağlı vəziyyət açıqlandı

AMEA Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Lent.az-a verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb: “Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir. Avqustun 15-dən 17-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta səviyyəyə düşəcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir”.

Qeyd olunub ki, maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1 faizdən aşağı qiymətləndirilir.

 

 

 

 

# 625
avatar

Aygün İbrahimli

Oxşar yazılar