
Bu gün Bakının bu ərazisində su olmayacaq – SƏBƏB
0
0
Bakı şəhəri, Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində yeni tikilən magistral su kəmərindən birləşmələrin verilməsi səbəbindən bu gün ərzində Şəfaət Mehdiyev və Ələsgər Ələkbərov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Lent.az-a bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən bildirilib.
Məlumata görə, yaranan narahatlıqla bağlı “Azərsu” abonentlərdən üzr istəyir.
0
0