 
                            
                        Azərbaycan iki Türkiyə vətəndaşını axtarışa verdi - SƏBƏB
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Azərbaycan hüquq-mühafizə orqanları iki Türkiyə vətəndaşı barəsində axtarış elan edib.
	APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.
	Məlumatda qeyd olunur ki, Türkiyə vətəndaşları - 1971-ci il təvəllüdlü Tarkan Gursen və 1992-ci il təvəllüdlü Doğan Solun insan alverində təqsirləndirilirlər.
	Onların hər ikisi barəsində 2019-cu ildə axtarış elan olunub.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0
                                        
                                     
                