
19 nəfərin yaralandığı qəzaya görə cinayət işi açıldı
Hacıqabulda mikroavtobusun qəzaya düşməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-ya bildirib ki, faktla bağlı nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda cinayət işi üzrə digər zəruri təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, məlum yol-nəqliyyat hadisəsi avqustun 11-də Hacıqabulun Muğan kəndi ərazisində qeydə alınıb. "Mercedes Sprinter" markalı mikroavtobus paytaxtdan Gəncə istiqamətində hərəkətdə olan zaman "Opel" markalı minik maşını ilə toqquşub. Daha sonra hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 19 nəfər yaralanıb.
Oxşar yazılar

Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
2 iyul 2025 , 02:25
Şahin Şıxlinskı sərbəst buraxıldı - VİDEO - YENİLƏNİB
2 iyul 2025 , 00:28
Rusiya vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB 2
1 iyul 2025 , 23:31
Qaxda FACİƏ: Traktor gölə düşdü, sürücü öldü
1 iyul 2025 , 22:48
Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı
1 iyul 2025 , 19:32Mingəçevirdə zavodda FACİƏ: fəhləni "tok" vurub öldürdü
1 iyul 2025 , 18:59
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
1 iyul 2025 , 18:45