İsrail prezidentini  daşıyan helikopter quş sürüsü ilə toqquşdu
25 iyun 2026 23:03 (UTC +04:00)

İsrail prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşdu

0

İsrail Prezidenti İsxak Hersoqu daşıyan hərbi helikopter uçuş zamanı quş sürüsü ilə toqquşub.

Lent.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, insidentdən sonra helikopter ölkənin mərkəzində yerləşən hərbi bazaya təhlükəsiz eniş edib.

"Hadisə nəticəsində xəsarət alan olmayıb, helikopterə ciddi ziyan dəyməyib", - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar