
Politoloq: "Paşinyanın bəyanatı danışıqlar prosesinin üstündən xətt çəkir"
"Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi bəyanat uzun illərdir, Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesinin üzərindən xətt çəkir".
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində tanınmış rusiyalı politoloq, Avrasiya İdeyalar Emalatxanası Elmi Araşdırmalara Dəstək Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk deyib.
Onun sözlərinə görə, bu, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağla bağlı ilk belə bəyanatı deyil: "Rəsmi İrəvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səslənən tesizlərinin birmənalı olmadığı hamıya məlumdur. Nikol Paşinyanın hakimiyyətə gələn kimi Dağlıq Qarabağın tərəf kimi sülh danışıqlarında iştirakını irəli sürməsi də buna misaldır. Bu cür bəyanatlar Ermənistanın mövcud rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə münasibətini göstərir. Deyərdim ki, bu münasibət təkcə münaqişənin həlli prosesi ilə bu və ya digər dərəcədə bağlı olan ekspertləri deyil, regionda sülh və təhlükəsizliyi istəyən hər kəsi narahat edir. Əslində, Ermənistan tərəfinin bütün bu bəyanatları uzun illərdir, aparılan danışıqlar prosesinin üstündən xətt çəkir. Ona görə ki, Ermənistanın və şəxsən Nikol Paşinyanın irəli sürdüyü tələblər olduqca sərtdir və danışıqlar prosesinin çərçivəsindən kənara çıxır. Bundan başqa, 2016-cı ilin aprel müharibəsi faktını diqqətdən qaçırmaq olmaz".
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48