
Qurban Qurbanov: "Diqqətli olmalıyıq"
"Həqiqətən vacib oyuna çıxırıq. Rəqiblə bağlı diqqətli olmalıyıq".
APA-nın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşacaq. Sabah Bakıda baş tutacaq cavab oyunu öncəsi mətbuat konfransı keçirən Q.Qurbanov bildirib ki, rəqibin baş məşqçisi dəyişdiyindən diqqətli olmalıdırlar: "Futbolçularımıza lazımı qədər məlumat vermişik. Sabah yaxşı oyun, yaxşı nəticəylə sizləri sevindirməliyik. Narahatçılıq mütləq var. Xüsusilə baş məşqçi dəyişəndə, məndə narahatçılıq var. Çünki ilk oyuna fərqli hazırlaşmışdıq. Amma rəqibin futbolçuları eyni olsa da, indi tam fərqli hazırlıq olub. Bu, ilk dəfə deyil. Əvvəllər də belə hallar olub. İşimizin faydasını görəcəyik. Çünki meydanda çox düşünməli, diqqətli olmalıyıq. Narahatçılıq yox, bizim üçün hər hansı problem ola bilər".
Qeyd edək ki, ilk matçda 2:1 hesabı ilə qalib gələn "Qarabağ" ikinci matçına Tofiq Bəhrəmov adına stadionda çıxıacaq. APOEL-lə qarşılaşma saat 20:30-da başlayacaq.
Oxşar yazılar

Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək
2 iyul 2025 , 19:58
FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39