DSMF-nin Sumqayıt şəhər və Xəzər rayon şöbələrinə yeni müdir təyin edildi
11 avqust 2019 18:27 (UTC +04:00)

DSMF-nin Sumqayıt şəhər və Xəzər rayon şöbələrinə yeni müdir təyin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində kadr dəyişikliyi həyata keçirilib.
 
APA-nın yerli bürosunun məlumatına görə, nazir Sahil Babayevin əmri ilə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri  Firdovsi Bədəlov tutduğu vəzifədən azad edilib. 
 
S. Babayevin digər əmriylə F. Bədəlov Fondun Xəzər rayon şöbəsinin müdiri təyin olunub.
 
Sahil Babayev Fondun Sumqayıt şəhər şöbəsinə də yeni müdir təyin edib. Uzun müddət Sumqayıt şəhər şöbəsində Mühasibatlıq sektorunun müdiri vəzifəsində çalışan Ceyhun Süleymanov şöbənin müdiri təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1324

Oxşar yazılar