Kürdəmir - Şirvan yolunda iki avtobus, bir minik avtomobili toqquşub.
08:24
Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza rayonun Muğan kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes Sprinter" markalı mikroavtobus paytaxtdan Gəncə istiqamətində hərəkətdə olan zaman "Opel" markalı minik maşını ilə toqquşub. Daha sonra hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə 10 nəfərin Şirvan şəhər xəstəxanasına, təxminən 7 nəfərin də Kürdəmir xəstəxanasına yerləşdirildiyi deyilir. Avtoqəzanın isə ötmə əməliyyatı zamanı baş verdiyi müəyyənləşib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Qeyd edək ki, mikroavtobusda olan sərnişinlər Gəncə şəhərinə əsgər andiçməsinə gedirmişlər.