Metronun bu iki stansiyasının ventilyatoru yeniləndi
09 avqust 2019 16:31 (UTC +04:00)

Metronun bu iki stansiyasının ventilyatoru yeniləndi

Bakı metropoliteninin “Qara Qarayev” və “Memar Əcəmi” (Yaşıl xətt) stansiyalarında ventilyatorların yenilənməsi prosesi başa çatıb.
 
“Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, bu stansiyalarda iyun ayının əvvəllərində iki yeni ventilyator istifadəyə verilib. Texnoloji prosesin tələblərinə uyğun olaraq quraşdırılan daha 2 ventilyator stansiyaların havalandırma şaxtalarını tam komplektləşdirib.
 
Bu il alınan 7 ventilyatordan qalan üçünün də quraşdırılması istiqamətində işlər planlı şəkildə davam edir. İki güclü ventilyatorun quraşdırılacağı "Ulduz-Nəriman Nərimanov" mənzil tunellərindəki şaxtada köhnə avadanlığın sökülməsinə başlanılıb.
 
Qarşıdakı müddətdə "Nizami" stansiya tunelində yerləşən şaxtada da yeni ventilyator quraşdırılacaq.
# 871
avatar

Oxşar yazılar