“Erməni xəstəliyi” və ya öz xalqına mənəvi işgəncə - <span style="color:red;">SƏBUHİ SƏDƏF YAZIR
09 avqust 2019 15:45 (UTC +04:00)

“Erməni xəstəliyi” və ya öz xalqına mənəvi işgəncə - SƏBUHİ SƏDƏF YAZIR

Nə qədər qəribə səslənsə də, tibdə doğrudan da “Erməni xəstəliyi” adlı termin var. Bu xəstəliyə yalnız ermənilərdə və ya erməni genlərinə malik olan insanlarda təsadüf olunur. Sindromları tropik qızdırmanı xatırladan, ümumi süstləşməyə, qarın və baş ağrılarına səbəb olan xəstəlik 1930-cu ildən etibarən tibbi ədəbiyyatlara "Maladie Armenienne" (fransızcadan tərcümədə "erməni xəstəliyi") adı ilə daxil olub. Uzun illər bu problemi araşdıran ABŞ gen mühəndisi doktor Deniel Kasterin fikrincə, bir neçə min il bundan qabaq Afrikanın şimalında, daha dəqiq desək, indiki İraqın və Efiopiyanın ərazilərində analoji genin daşıyıcıları olub və bu xəstəlik onlardan yayılmışdır.

Göründüyü kimi, tibb elmi də dolayısı ilə ermənilərin Qafqaza Şimali Afrikadan gəlmə olduqlarını sübut edir. Belə ki, genlər mutasiyaya uğrasalar da əsas keyfiyyətlərini hər zaman qoruyub saxlayırlar. Ermənilərin türklərə qarşı içində qaynayan kin, nifrət əsrlər boyu zərrə qədər də azalmayıb, əksinə, daha da artıb, onları ağlasığmaz vəhşiliklər törədəcək səviyyədə qansızlaşdırıb. Ermənilər beyinlərində kök salan “dənizdən-dənizə böyük Ermənistan” arzusunun gerçəkləşməsi uğrunda uzun illərdən bəri əllərindən gələni etsələr də, bu arzu xam xəyal olaraq qalıb. Elə bu da bir cür erməni xəstəliyidir.

Tibdəki “Erməni xəstəliyi” özünü 4 klinik formada - qarın, döş, oynaq ağrıları və qızdırma şəklində gostərirdisə, sonuncu yuzillikdə bu xəstəliyin 5-ci - ruhi-əsəb forması da uzə cıxmışdı: “Tarixi “erməni xəstəliyinin” bu millətin genlərində mutasiya etməsi - bu növ xəstəliyə kecməsi, sözsuz ki, Daşnaksutyun partiyasının yaranması və onun erməni xalqının həyatında oynadığı mənfur rolun nəticəsi kimi özünü gostərir. Bu forma “daşnak isteriyası” kimi xarakterizə olunur. O “erməni xəstəliyinin” ən təhlukəlisidir. Əsas klinik əlamətləri patoloji yalancılıq, özünə vurğunluq ideyaları, təqibetmə sayıqlaması, imperiativ “erməni sadizmi”, məkr və hiyləyə aludəcilik, avantüristlik, təhlükəli və fitnəkar həmlələrə meyillik, dolanbac hərəkətlərə vurğunluq şəklində özünü büruzə verir

Avqustun 6-ı isə bu xəstəlik özünü daha ifrat formada büruzə verdi. Həmin gün Çempionlar Liqası ilə yanaşı, Avropa Liqasında da 3-cü təsnifat mərhələsinin bir neçə oyunu keçirilirdi. Üç oyundan biri azərbaycanlı azarkeşlər arasında daha böyük maraq doğurub. Təbii ki, söhbət nəticədən getmir, yəni qonşularımızın – “Ararat- Armeniya” ilə “Saburtalo”nun oyunundan bizə nə...

“Futbol+” qəzetinin yazdığına görə, qədim Azərbaycan şəhərində - İrəvanda monoetnik dövlət quran ermənilərin iç üzünü açan çox maraqlı olay yaşanıb. Gürcüstan çempionu 2:1 hesablı qələbə qazanmaqla ermənilərin Avroliqada irəliləmək şansını xeyli çətinə salınıb.

Sitat:

“Olayın maraqlı, eyni zamanda faciəvi tərəfi ondan ibarətdi ki, Ermənistan telekanalları bu oyunu göstərməyi lazım bilməyib. Nədi-nədi, “Saburtalo”nun titul sponsorunun, klubu himayə edən şirkətin adı “SOCAR Energy Georgia”dı. Ermənistan telekanallarını çəkindirən səbəb odu ki, “Saburtalo”nun oyunçularının formasının üzərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin adının ingiliscə yazılışının abbreviaturası və loqosu var. Erməni futbolsevlərlər yalnız Youtube translyasiyası ilə kifayətlənməli olublar. Nə edəsən ki, bizim də bəxtimizə belə xəstə təfəkkürlü qonşular düşüb. Onlar Azərbaycan adını xatırladan hər şeydən qıcıqlanırlar, özləri üçün əcinnə obrazı yaradıblar və xəstəcəsinə elə düşünürlər ki, bununla problemlərini həll edəcəklər. ARDNŞ loqosuna görə oyunun translyasiyasından imtina etmək artıq xəstəliyin son həddidi”.

Hə, buna başqa ad vermək olmaz. Bu, öz xalqına, vətəndaşına mənəvi işkəncədi.

Sizcə, buna başqa nə ad vermək olar?

 

 

# 717
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar