
ABŞ-ın Rusiyadakı səfirliyinin müşaviri XİN-ə çağırıldı
ABŞ-ın Rusiyadakı səfirliyinin müşavir-elçisi Tim Riçardson Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Moskvada razılaşdırılmamış aksiyalar barədə yazı ilə bağlı diplomata təqdimat verilib.
Bundan əvvəl səfirliyin saytında və Dövlət Departamentinin Konsulluq məsələləri üzrə idarəsinin rəsmi “Twitter” səhifəsində avqustun 3-də Moskvada keçirilən razılaşdırılmamış mitinqin sxemi yerləşdirilib, yürüşdə iştirakdan çəkinmək məsləhət görülüb.
XİN bunu aksiya iştirakçılarının lehinə təşviqat və Rusiyanın daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndirib.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, rəsmi Moskva ABŞ və Almaniya hökumətlərini diplomatlarının Rusiyanın daxili işlərinə qarışması ilə bağlı məlumatlandıracaq.
Qeyd edək ki, iyulun 14, 27-də və avqustun 3-də Rusiyanın paytaxtı Moskvada icazəsiz aksiyalar keçirilib, nəticədə 1700 nəfər saxlanılıb.
Oxşar yazılar

İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39
Ana və körpəsini öldürüb meyitləri meşəyə atdılar
30 iyun 2025 , 14:43
Dini bayramda izdiham: 3 ölü, 50 yaralı
30 iyun 2025 , 07:29
Sensasion açıqlama: ABŞ nüvə obyektlərini vuracağını əvvəlcədən İrana deyib
30 iyun 2025 , 04:27
Nüvə müharibəsi baş verərsə, dünya ilə nə olacaq? – Ekspertdən dəhşətli PROQNOZ
29 iyun 2025 , 19:59