
Türkiyədə iki zəlzələ oldu, dağıntılar altında qalanlar var - YENİLƏNİB
Türkiyənin Dənizli vilayətində ard-arda baş vermiş zəlzələ nəticəsində bəzi yaşayış evləri və obyektlər uçub.
APA-nın xəbərinə görə, vilayətin Bozkurt rayonunda 6 dəqiqə ara ilə 4.2 və 6 bal gücündə zəlzələ olub.
Rayonun bələdiyyə sədri Birsen Çəlik hadisə nəticəsində ölənlərin olmadığını, yüngül xəsarət alanların olduğunu bildirib. “İnsan tələfatı olmasa da, dağıntılar altında qalanlar var. Onların xilas edilməsi istiqamətində tədbirlər görülür”, - deyə o əlavə edib.
Vilayət rəsmiləri yeni zəlzələ olması ehtimalına qarşı sakinləri qəzalı vəziyyətdəki binalardan çıxmağa çağırıb.
Qeyd edək ki, səhər saatlarında Dənizliyə yaxın olan İzmir şəhərində də zəlzələ olub. Zəlzələ Antalya, Burdur və İsparta vilayətlərində də hiss edilib.
15:48
Türkiyənin Dənizli vilayətində zəlzələ baş verib.
APA-nın xəbərinə görə, zəlzələ bu gün yerli vaxtla saat 14.19-da (Bakı vaxtı ilə saat 15.19) vilayətin Bozkurt rayonunda qeydə alınıb. Zəlzələ 4,2 bal gücündə olub. Bundan sonra eyni rayonda 6 baş gücündə zəlzələ baş verib.
Oxşar yazılar
Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55
Qazaxıstanda niqab qadağan edildi
1 iyul 2025 , 03:42