319
19:36
08 Avqust 2019

Kəbənin 24 milyonluq örütüyü bu tarixdə dəyişdiriləcək

Qurban bayramı ərəfəsində Kəbənin örtüyü dəyişdiriləcək.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məkkədə Kəbənin yeni örtüyünün hazırlanmasında 200 insan iştirak edib.

Örtüyün hazırlanması üçün təxminən 700 kq saf ipək, 120 kq gümüş və qızıldan istifadə olunub.

Kəbə örtüyü fabrikində tikiş maşınları və əl əməyi sayəsində hazırlanan örtüyün üzərində gümüş saplardan müxtəlif ayə və dualar həkk olunub.

4 hissədən ibarət olan örtüyün uzunluğu 47 metrdir. Örtük 657 kvadrt metrdir.

Örtüyün hazırlanmasına 8-11 ay sərf olunur.

Kəbənin əvvəlki örtüyü isə zəmzəm suyu ilə yuyulduqdan sonra hissələrə ayrılaraq sərgilənmək üçün İslam ölkələrinə, muzey və ölkə başçılarına hədiyyə olaraq göndərilir.

Qeyd edək ki, hər il dəyişdirilən Kəbə örütüyünün hazırlanmasına 24 milyon riyal xərclənir.