118
14:47
05 Avqust 2019

Bu regional bərpa Mərkəzi müasirləşdirilir

Lənkəran şəhərindəki Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az -a bildirilib ki, bu məqsədlə mərkəzdə əsaslı təmir və yenidənqurma işləri aparılır.

Lənkəran və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər üçün nəzərdə tutulan müəssisədə səmərəli fizioterapevtik metodların tətbiqi əsasında, müasir avadanlıqlardan istifadə edilməklə həmin şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Burada reabilitasiya sahəsində sınanmış metodika və texnologiyalardan da geniş istifadə ediləcək.

Əsaslı təmir və yenidənqurma işləri zaman mərkəzdə mövcud şəraitin əlilliyin olan şəxslərə müyəssərliyinin təmin edilməsi, burada onların maneəsiz hərəkət imkanlarına malik olmaları da diqqətdə saxlanılır.