
Azərbaycanda QARAYARADAN ilk ölüm: digər xəstənin vəziyyəti necədir?
“Qarayara xəstəliyi diaqnozu ilə Bakıya gətirilən xəstənin vəziyyəti stabildir”.
Bu sözləri Lent.az-a 1 saylı saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva deyib. O bildirib ki, 58 yaşlı xəstənin həyatı üçün hazırda heç bir təhlükə yoxdur.
Xatırladaq ki, iyul ayının 25-də Sabirabad rayonundan 2 nəfər qarayara diaqnozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, xəstələrdən biri iyul ayının 29-da dünyasını dəyişib.
Qeyd edək ki, Azərbaycanda bu xəstəliyə 2014-cü ildə 10, 2015-ci ildə 9, 2016-cı ildə 10, 2017-ci ildə 6, 2018-ci ildə 9, 2019-cu ildə 7 nəfərin yoluxması qeydə alınıb. Ötən illərdən fərqli olaraq bu il ilk dəfə qarayara xəstəliyindən ölüm halı qeydə alınıb.
Bundan başqa, əlavə edək ki, qarayara bütün növ kənd təsərrüfatı heyvanlarının, vəhşi heyvanların iti gedişli yoluxucu xəstəliyidir. Xəstəlik septisemiya, müxtəlif böyüklükdə karbunkulların əmələ gəlməsi və ağır intoksikasiya ilə səciyyələnir. Törədicinin mənbəyi əsasən xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.
Bu xəstəliyə yoluxma həssaslığı azalan göstəricilərlə qoyun və marallar, atlar, qaramal, dəvə və keçilər, donuz it və pişiklərdir. Quşlardan isə dəvəquşu bu xəstəliyə yoluxur. Yoluxma mənbəyi çox hallarda törədici ilə kontaminasiya olunmuş torpaqdır. Epizootiya zamanı xəstəlik əsas etibarilə transmissiv yolla yayılır. Xəstəliyin şiddətlənməsi çox vaxt otlaq mövsümünün ikinci yarısında baş verir.
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46
İyulun əvvəlində yağış yağacaq, güclü külək əsəcək - Aylıq hava PROQNOZU
30 iyun 2025 , 16:16