267
07:50
01 Avqust 2019

ABŞ-da qırıcı təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər xəsarət alıb - YENİLƏNİB

ABŞ-ın Kaliforniya ştatında çoxhədəfli qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində “Ölüm dərəsi” milli parkını ziyarət edən azı 7 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarə ABŞ hərbi-dəniz qüvvələrinin Çayna-Leyk bazasının yaxınlığında, “Ölüm dərəsi”ndə yerləşən “Ulduz müharibələri” adlı kanyonunda qəzaya uğrayıb. Telekanal bildirir ki, bu kanyon aviasiya həvəskarları arasında kifayət qədər tanınmış yerdir, onlar burada təlim uçuşlarını seyr edirlər.

Hazırda qəzanın olduğu yerdə axtarış-xilasetmə işləri aparılır, pilotun vəziyyəti barədə hələlik bir məlumat yoxdur.

***

Saat 04:13

ABŞ donanmasının Kaliforniyadakı bazası yaxınlığında “F/A-18E Super Hornet” tipli çoxhədəfli qırıcı təyyarəsi qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə ABŞ donanmasının “Twitter” səhifəsində məlumat yer alıb.

“F/A-18E təyyarəsi təxminən 10:00 radələrində hərbi-dəniz qüvvələrinin aviasiya stansiyası yaxınlığında qəzaya uğrayıb. Hazırda axtarış-xilasetmə işləri aparılır”, - deyə məlumatda bildirilir.

Təyyarənin göyərtəsində neçə nəfərin olduğu, pilot və ya pilotların taleyi barədə məlumat verilməyib.