263
02:35
01 Avqust 2019

ABŞ-da F-35 təlimləri keçən türk pilotlar bu gün ölkələrinə qayıdacaq

ABŞ-da beşinci nəsil F-35 qırıcı təyyarələrinin istismarı üzrə təlimlərdə iştirak edən türkiyəli pilotlar avqustun 1-də Türkiyəyə qayıdacaqlar.

APA xəbər verir ki, bu barədə “NTV” telekanalı məlumat yayıb.

Məlumata görə, pilotlarla yanaşı, təyyarələrə xidmət üzrə təlimlər keçən hərbi heyət də ölkəyə qayıdacaq.

Qeyd edək ki, iyulun 17-də Ağ Ev Türkiyəni F-35 istehsalı proqramından kənarlaşdırıb. Buna səbəb kimi Ankaranın Moskvadan S-400 zenit raket kompleksləri alması göstərilib. İyulun 27-də prezident Donald Tramp əminliklə bildirib ki, ABŞ Türkiyənin sifariş verdiyi yeni nəsil F-35 təyyarələrini “asanlıqla” başqa ölkələrə sata biləcək.