Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
31 iyul 2019 21:32 (UTC +04:00)

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

 

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatında daha bir medal qazanıb. 

APA-nın məlumatına görə, yığmanın heyətində Murad Haqverdiyev fəxri kürsüyə yüksəlib. 

45 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçi bürünc medala yiyələnib. Qırğızıstan təmsilçisi Vladislav Nikandrov ilə görüşdə əzmkar mübarizə ortaya qoyan Gəncə güləş məktəbinin yetirməsi son saniyələrdə icra etdiyi fəndlə hesabda önə keçərək dünya üçüncüsü olub.

Fərhad Kərimli (60 kq) isə görüşə çıxmayıb. O, zədələndiyi üçün üçüncü yer uğrunda güləşə bilməyib.

Qeyd edək ki, bir gün öncə Cəbrayıl Hacıyev (65 kq) dünya çempionu tituluna yiyələnib. 

# 659
avatar

Oxşar yazılar