
“5G” şəbəkəsini dəstəkləyən oyun smartfonu yaradılır
"Qualcomm" və "Tencent" şirkətləri oyun sənayesi sahəsində əməkdaşlığa başlayıb.
Lent.az "ictnews"a istinadla xəbər verir ki, əməkdaşlıq çərçivəsində birgə məhsullardan biri "Snapdragon" prosessoruna malik və "5G" şəbəkəsini dəstəkləyən oyun smartfonu olacaq.
Smartfon Çinin texnoloji nəhənginin video servisləri ilə iş üçün optimallaşdırılacaq.
"Qualcomm" uzun müddətdir mobil platformalar üçün ən böyük tədarükçülərdən biri kimi tanınır. Öz növbəsində "Tencent" 452 milyard dollarlıq kapitallaşdırılma ilə Çinin proqram təminatının hazırlanması bazarında böyük paya sahibdir. Nəhəng proqram təminatı istehsalçısının məşhur məhsullarından biri "WeChat" messenceridir.
Saziş "Tencent" oyunlarının "Qualcomm" çipləri bazasında hazırlanan "Android" mobil əməliyyat sistemli smartfonlar üçün optimallaşdırılmasının təkmilləşdirilməsini nəzərdə tutur. Şirkətlərin planlarına oyun smartfonunun "5G" versiyasının birgə hazırlanması da daxildir.
Yeni qurğunun buraxılmasında məqsəd "Tencent" striminq servislərinin populyarlaşdırılması və şəbəkə ilə aktiv trafik ötürülməsi tələb edən onlayn oyunların fəaliyyətinin fasiləsiz təmin edilməsidir. Çin şirkəti ABŞ-ın "Microsoft Azure" platformasının analoqu kimi qələmə verilən müvafiq "Instant Play" servisi üzərində aktiv iş aparır.
"5G" şəbəkəsini dəstəkləyən oyun smartfonunun təqdimat tarixi barədə məlumat verilmir.
Oxşar yazılar

Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14
Mask ən qabaqcıl süni intellektini təqdim etdi
10 iyul 2025 , 21:14Oğurlanmış uşaqlıq: Kiyevdə valideynləri evlərinin dağıntılarını təmizlədi, uşaq oturacaqda yatdı
10 iyul 2025 , 19:46