
Jurnalistlər çətinliklə üzləşəndə bu şəxslərə MÜRACİƏT EDƏ BİLƏRLƏR
Azərbaycan Mətbuat Şurası jurnalistlərin peşə fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələrinə hər zaman ciddi önəm verib. Bunun tənzimlənməsi üçün Şuranın Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyası fəaliyyətdədir. Komissiyanın tərkibinə MŞ-nin İdarə Heyətinin üzvləri ilə yanaşı, Baş Prokurorluqdan, Daxili İşlər və Ədliyyə nazirliklərindən nümayəndələr daxildir.
Lent.az məlumat verir ki, Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu da var. Onun missiyası bilavasitə kütləvi aksiyalar zamanı jurnalistlərin peşə fəaliyyətlərini sərbəst yerinə yetirmələrinə dəstək göstərilməsinə yönəlib. Mətbuat Şurası kütləvi informasiya vasitələri təmsilçilərinin peşə vəzifələrini sərbəst və maneəsiz icrasının daha səmərəli yollarını müəyyənləşdirmək, mövcud istiqamətdəki prosesləri tənzimləmək məqsədilə Daxili İşlər Nazirliyi ilə birgə koordisiya edilmiş iş rejimində fəaliyyətdədir.
Xüsusən də paytaxt Bakı şəhərində müxtəlif rəy sorğuları aparmaq, reportajlar hazırlamaq, jurnalist fəaliyyətindən irəli gələn digər tədbirlər görmək istəyən KİV əməkdaşları hər hansı çətinlik və anlaşılmazlıqla qarşılaşacaqları təqdirdə hər iki qurumun nümayəndələrindən ibarət monitorinq qrupuna məlumat verə bilərlər. Bununla əlaqədar Bakı şəhər Baş Polis İdarəsindən və MŞ-dən nümayəndələr müəyyənləşdirilib.
Onların əlaqə vasitələri aşağıdakı kimidir:
Elşad Hacıyev, Bakı Şəhər Baş Polis İdarəsi - (055) 2889553; (012) 590 68 81
Əvəz Rüstəmov, Azərbaycan Mətbuat Şurası - (050) 206 96 02; (012) 441 35 30
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21