ABŞ təyyarəsi Venesuelanın hava məkanına daxil olub
28 iyul 2019 03:04 (UTC +04:00)

ABŞ təyyarəsi Venesuelanın hava məkanına daxil olub

 

ABŞ kəşfiyyat təyyarələri növbəti dəfə Venesuelanın hava məkanına soxulub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi qüvvələrinin strateji qərargahının “Twitter” səhifəsində məlumat yerləşdirilib.

“Bu gün növbəti dəfə ABŞ-ın casus təyyarələri aviasiya təhlükəsizliyini və beynəlxalq razılaşmaları pozaraq Venesuelanın nəzarətində olan əraziyə daxil olub. ABŞ açıq şəkildə ölkəmizə qarşı təhqirləri davam etdirir”, - məlumatda belə deyilir.

Venesuelanın Müdafiə Nazirliyi qeyd edir ki, bu artıq ilk sərhəd pozulması halı deyil və gələcəkdə ciddi təhlükə kimi qiymətləndirilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 681

Oxşar yazılar