
Lari rekord həddə ucuzlaşdı
Gürcüstan milli valyutası ABŞ dolları qarşısında rekord həddə ucuzlaşıb. APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının bu gün saat 17:00-da müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, 1 dollar 2,93 lariyə bərabər olub. Ötən gün isə 1 dolların alışı 2,9171 lari məzənnəsi ilə həyata keçirilib.
Lari avro qarşısında da ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən 1 avronun alış qiyməti 3,2637 lari olaraq müəyyənləşib. Ötən gün avronun lariyə qarşı məzənnəsi isə 3,2496 lari təşkil edib.
Gürcüstanda gün ərzində dolların bahalaşması ən çox kommersiya banklarında hiss olunub. Məsələn, “TBC Bank”ın gün ərzində valyuta mübadiləsi əməliyyatlarında 1 dolların satışı 2,99 lari ilə həyata keçirilib ki, bu da Gürcüstan milli valyutası tarixində anti-rekorddur.
Oxşar yazılar

"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
25 iyun 2025 , 16:24
"Kristal" Biləcəridə yeni mənzilləri satışa təqdim etdi - 2 otaq studiya mənzillər
25 iyun 2025 , 16:00