
Ermənistan hökuməti cərimələndi
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistan hökumətini cərimələyib.
APA-nın “panorama.am”a istinadən verdiyi xəbərə görə, AİHM “Yuri Vardanyan Ermənistana qarşı” cinayət işi ilə bağlı yekun qərar çıxarıb.
Qərara görə, hökumət Yerevanda yaşayan Yuri Vardanyan adlı şəxsə 1,6 milyon avro təzminat ödəməlidir.
Qeyd edək ki, Y. Vardanyan Yerevanda torpaq sahəsinin ondan qanunsuz alınması və məsələnin yerli məhkəmə tərəfindən düzgün qaydada araşdırılmaması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Məhkəmə Y. Vardanyanın hüquqlarının pozulması haqda qərar çıxarıb. Avropa İnsan Hüquqları Məhkəməsinin 2016-cı il oktyabrın 27-də qəbul edilmiş qərarına əsasən, Ermənistan hökuməti zərərçəkmişə 11 milyon avro məbləğində təzminat ödəməli idi. Lakin hökumət bu məbləğin həddindən artıq yüksək olmasına etiraz edib.
Oxşar yazılar

Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49