“Milli Kino Mükafatı” sahiblərinin adları açıqlandı
26 iyul 2019 12:51 (UTC +04:00)

“Milli Kino Mükafatı” sahiblərinin adları açıqlandı

Azərbaycan Kinematoqrafçılar İttifaqı bu ilin “Milli Kino Mükafatı” sahiblərinin adını açıqlayıb.

İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Lent.az-a bildirib ki, qurumun ən böyük mükafatı Azərbaycan və sovet kinematoqrafiyasına verdiyi töhfələrə görə xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə verilib.

75 illik yubileyi münasibətilə və milli kinoya verdiyi töhfələrə görə xalq artisti, aktyor, rejissor Mahmudov Əbduləhəd Əlisa oğlu (Şeyx Əbdül) də bu mükafata layiq görülüb.

Mükafatlar avqustun 2-də Milli Kino Günündə Nizami Kino Mərkəzində təqdim olunacaq.

 

 

 

 

 

# 774
avatar

Aygün İbrahimli

Oxşar yazılar