
79 abituriyentin balında DƏYİŞİKLİK EDİLDİ
Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilmiş qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına müraciətlərlə bağlı statistik məlumatları açıqlayıb.
Bu barədə Lent.az-a DİM-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinə 7 iyul 2019-cu ildə keçirilən II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 323 abituriyent (bütün imtahan verənlərin 1,15%-i) 1100-dən çox tapşırıq (yazı işi) üzrə ərizə ilə müraciət edib.
Apelyasiya Komissiyasına daxil olan ərizələr araşdırılıb və müraciət edən şəxslər DİM-ə dəvət olunaraq komissiya üzvləri tərəfindən müraciətləri ilə bağlı izahat verilib (regionlarda yaşayan şəxslərlə isə telefon vasitəsilə əlaqə saxlanılmış, apelyasiyanın nəticəsi bildirilmiş və müraciətləri ilə bağlı müvafiq izahat verilib).
Apelyasiyaya müraciət edənlərdən 79 abituriyentin (bütün imtahan verənlərin 0,28%-i) cəmi 83 tapşırıq (bütün tapşırıqların 0,03%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə abituriyentlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.
Məlumat üçün bildiririk ki, II və III qruplar üzrə qəbul imtahanlarında 28000-dən çox abituriyent iştirak edib və bu abituriyentlərin ümumilikdə 252000-dən çox tapşırıq üzrə yazı işi yoxlanılıb.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48