Meksikada təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb
24 iyul 2019 08:19 (UTC +04:00)

Meksikada təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb

 

Meksikanın Çiuaua ştatında ikimühərrikli “Piper PA-30” tipli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, göyərtəsində bir pilot və üç sərnişinin olduğu təyyarə Kuautemok bələdiyyəsinin ərazisində qarğıdalı tarlasına çırpılıb və yanıb.

Mülki aviasiya idarəsi hazırda aviaqəzanın səbəblərini araşdırır.

# 559
avatar

Oxşar yazılar