
Ən güclü smartfon təqdim edildi: 6000 milliamper/saat tutumlu
“Asus” şirkəti tərəfindən təqdim edilmiş “ROG Phone II” adlı oyun smartfonu dünyada ən məhsuldar telefon elan edilib.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, smartfon 2340x1080 nöqtə təsvir ölçülü 6,59 düymlük “AMOLED” displeylə təchiz edilib.
Korpusda, həmçinin “AirTriggers” əlavə düymələri, qulaqlıq üçün konnektor və 4 mikrofon nəzərdə tutulub.
“ROG Phone II” smartfonu “Snapdragon 855 Plus” prosessoru, 12 QB-lıq əməli və 512 QB-lıq daxili yaddaşla təchiz edilib. Həmçinin sözügedən cihaz 6000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib ki, bu da “PUBG Mobile”da 7 saat fasiləsiz oynamaq üçün kifayətdir. Smartfon üçün öz kuleri olan “AeroActive Cooler II” soyutma sistemi, həmçinin oyun pultu və əlavə akkumulyatora malik birləşdirici stansiyaya malikdir.
Təxmin edilir ki, sentyabrda satışa çıxarılacaq sözügedən smartfonun qiyməti 900 dollar təşkil edəcək.
Oxşar yazılar

Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18