<span style="color:red;">Bakı-2019:  Cüdoçularımızın rəqibləri bəlli oldu
23 iyul 2019 17:27 (UTC +04:00)

Bakı-2019: Cüdoçularımızın rəqibləri bəlli oldu

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçiriləcək cüdo yarışlarının püşkü atılıb.
 
APA-nın məlumatına görə, mərasimdə Azərbaycan milli komandasının 4 qız və 8 oğlan idmançısının da ilk rəqibləri müəyyənləşib.
 
Proqrama əsasən, iyulun 24-də qızlar 40 kq, 44 kq və 48 kq, oğlanlar 50 kq, 55 kq və 60 kq, iyulun 25-də qızlar 52 kq, 57 kq və 63 kq, oğlanlar 66 kq və 73 kq, iyulun 26-da qızlar 70 kq və +70 kq, oğlanlar 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində mübarizə aparacaqlar. 
 
İyulun 27-də isə qarışıq komanda yarışları keçiriləcək.
 
Qeyd edək ki, Olimpiya Festivalına 40 ölkədən 297 cüdoçu qatılacaq. Onlardan 165-i oğlan, 132-i qızdır. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq cüdo yarışlarına saat 10:30-da start veriləcək.
 
Qızlar
44 kq
1/8 final. Gülşən Bəşirova - Mariya Qonzales (İspaniya)
52 kq
1/8 final. Səbinə Əliyeva - Raquel Brito (Portuqaliya)
57 kq
1/16 final. Aytac Qardaşxanlı - Erika Vauhkonen (Finlandiya)
70 kq
1/8 final. Nərmin Əmirli - Yael Van Hemst (Hollandiya)
Oğlanlar
50 kq
1/8 final. İsmayıl Qənbərli - Sergey Mastriukov (Rusiya)
55 kq
1/16 final. Şükran Zamanlı - Migel Gaqo (Portuqaliya)
60 kq
1/16 final. Turan Bayramov - Kote Kapanadze (Gürcüstan)/ Adam Safer (Avstriya) cütünün qalibi
66 kq
1/8 final. Mətin Rzazadə - Pijus Mikalauskas (Litva) / Elguja Şinçaraşvili (Gürcüstan)
73 kq
1/8 final. Vüqar Talıbov - Cianis Yauseyenka (Belarus) / Mustafa Həbib (Bosniya)
81 kq
1/16 final. Məhərrəm İmamverdiyev - Vlad Topala (Rumıniya) 
90 kq 
1/16 final. Ruslan Nəsirli - Borislav Vladov (Bolqarıstan)
+90 kq
1/8 final. Hüseyn Məmmədov - Daniel Udsilauri (Almaniya)
# 573
avatar

Oxşar yazılar