ABŞ-ın inanılmaz planı: <span style="color:red;">Aya ardıcıl 3 missiya gerçəkləşir
28 iyul 2019 18:55 (UTC +04:00)

ABŞ-ın inanılmaz planı: Aya ardıcıl 3 missiya gerçəkləşir

Lent.az “technote”a istinadla xəbər verir ki, söhbət, “Artemis” (Artemida) missiyası çərçivəsində Ay səthinə eniş üçün nəzərdə tutulmuş və “Orion” kosmik gəmisinin daxilində yerləşdiriləcək sərnişin kapsulundan gedir. 
 
Məlumatda qeyd olunub ki, “Artemis” missiyası insan sivilizasiyası üçün böyük irəliləyiş olacaq. Bu missiya öz növbəsində insanların Yer kürəsinin peyki olan Ayda daimi iştirakını və 2030-cu illərə planlaşdırılan Mars missiyalarının reallaşdırılmasını təmin edəcək.
 
    
“Apollo 11” missiyasının Ay səthinə enməsi missiyasının yubileyi münasibətilə ABŞ-ın vitse-prezidenti Mayk Pens NASA-nın təqdimatında çıxış edərkən bildirib ki, “Orion” kosmik gəmisi artıq tamamlanıb və onun ilk tarixi uçuşu üçün hazırlıqlara start verilib. 
 
“Artemis-1” missiyası çərçivəsində SLS adlı ağır raket “Orion” kosmik gəmisini Ay istiqamətindəki uçuş traektoriyasına çıxardacaq. Kosmik gəmi isə öz növbəsində Ay ətrafında dövr edəndən sonra Yer kürəsinə geri qayıdacaq. İlk uçuş missiyası çərçvəsində kosmik gəminin daxilində astronavtlar olmayacaqlar.
 
 
“Artemis-2” missiyası isə kosmik gəmini eyni traektoriya ilə Aya göndərəcək. Lakin bu dəfə onun daxilində insanlar yerləşəcəklər. Əgər hər şey uğurlu şəkildə reallaşdırılsa, “Artemis-3” missiyası yeni astronavt komandasını Ayın səthinə endirəcək. Perspektivdə həmin insanların arasında Aya ilk eniş edəcək qadın astronavt da ola bilər. 
 
ABŞ prezidenti Donald Trampın planına əsasən, bu, 2024-cu ildə baş tutmalıdır. 2028-ci ildə isə Ayda daimi elmi bazanın işə salınması planlaşdırılır. Ayda işə salınması planlaşdırılan məhz bu elmi baza NASA tərəfindən sözügedən missiyanın əsas hissəsi hesab edilir.
 
Belə ki, bu elmi baza tədqiqatların davam etdirilməsini, yeni texnologiyaların tətbiq edilməsini və Mars missiyalarının əsasının qoyulmasını mümkün edəcək. Bundan əlavə olaraq M.Pens bildirib ki, bu ilin sonuna kimi astronavtlar Yer kürəsinin orbitinə ABŞ istehsallı raketlər vasitəsilə göndəriləcəklər. 
 
Qeyd edək ki, hazırda astronavtlar Beynəlxalq Kosmik Stansiyaya Rusiya istehsalı olan raketlər vasitəsilə göndərilirlər. Elə bu səbəbdən də “Boeing” ilə “SpaceX” şirkətləri öz raketlərinin testlərinin sürətləndirilməsi üçün yarışa giriblər. “Orion” proqramına gəldikdə isə bu ayın əvvəlində NASA agentliyi uçuş testlərindən birini uğurla yekunlaşdırıb. Söhbət, astronavtların qəza-xilasetməsi sistemindən gedir.
 
# 560
avatar

Oxşar yazılar