İyulun 22-də müğənni Əflatun Qubadovun oğlu Orxan Qubadovun toyu olub.
Lent.az-ın məlumatına görə, ifaçı oğlunun özəl gününə şou-biznesin bir çox tanınmışlarını dəvət edib. Paytaxtın sayılıb-seçilən restoranlarının birində keçirilən mərasimə qatılan məşhurlar orada çəkilən şəkillərini sosial şəbəkədə paylaşıblar.