Bu ölkədə azərbaycanlı musiqiçilərin orkestri yaradıldı
19 iyul 2019 13:35 (UTC +04:00)

Bu ölkədə azərbaycanlı musiqiçilərin orkestri yaradıldı

Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyadakı azərbaycanlı musiqiçilərdən ibarət orkestr fəaliyyətə başlayıb. 
 
APA-nın xəbərinə görə, Otto Hauzer skripkaçı və konsertmeyster, məşhur bəstəkar Səid Rüstəmovun nəvəsi Fəridə Rüstəmova ilə birlikdə 14 musiqiçini bir kamera orkestrində birləşdirməyə müvəffəq olub. Artıq ansambl yaradılıb və ilk məşqlər keçirilib. 
Gələcəkdə orkestrin səfirlik və fəxri konsulluğun rəsmi tədbirlərində də iştirakı nəzərdə tutulur. 
 
Orkestr aşağıdakı ifaçılardan ibarətdir: Ferhad Mehmet – skripka, Həsən Abasquliyev – skripka, İris İcellioğlu – alt, Nəriman Əkbərov – violonçel, Tair Turqanov – kontrabas, Timur Osmanov – fleyta, Meltem Kandemir – alt, Zeynep Akdil – violonçel, Arzu Məmmədova – skripka, Elgün Ağazadə - skripka, Feliks Knarozovski- faqot, Fərəc Əkbərov – klarnet, Fəridə Rüstəmova – skripka.
 
Otto Hauzer deyib ki, Azərbaycanı Almaniyada yaxşı tanıtdırmaq üçün kamera orkestrinin yaradılması önəmlidir: “Musiqi, mədəniyyət xalqlar arasında təmasın, birliyin ən yaxşı vasitələrindən biridir. Mənim üçün böyük həvəslə gördüyüm işdir”.
 
Fəxri konsul bildirib ki, bu orkestrin repertuarında yalnız qərb musiqisi deyil, Azərbaycan bəstəkarlarının da əsərləri də yer alacaq.
# 647
avatar

Oxşar yazılar