<span style="color:red;">Özünü qocaldanların DİQQƏTİNƏ : FaceApp təhlükəlidir
19 iyul 2019 12:28 (UTC +04:00)

Özünü qocaldanların DİQQƏTİNƏ: FaceApp təhlükəlidir

 
 
Son günlər məşhurluq qazanmış FaceApp fotoservisi ABŞ hökumətinin marağına səbəb olub. Bu tətbiq vsitəsilə istifadəçilər öz fotolarını qocalda və ya cavanlaşdıra bilirlər. 
 
Lent.az “technote”a istinadən xəbər verir ki, amerikalı senator Çarles Şhumer FBİ-dan bu fotoservisin milli təhlükəsizliyə təhlükə mənbəyi olub-olmadığını yoxlamağı istəyib. 
 
O, fikrini belə əsaslandırıb ki, FaceApp tətbiqi istifadəçi məlumatlarını üçüncü tərəfə ötürə bilər. Bu cür fikirlər daha əvvəllər də səsləndirilirdi. 
 
FaceApp fotoservisinin təmsilçiləri isə bildiriblər ki, tətbiq istifadəçilərin fotolarını və özəl məlumatlarını özündə saxlamır və onları üçüncü tərəfə ötürmür. Sadəcə, olaraq istifadəçilər tərəfindən seçilmiş fotolar Amazon Web Services və Google Clouds bulud servislərində 48 saat saxlanılır. Bu isə ona görə edilir ki, istifadəçi seçilmiş fotolara yeni filtrlər tətbiq edə bilər. 
 
Əlavə olaraq FaceApp bildirib ki, istifadəçilər istənilən zaman dəstək xidmətinə sorğu göndərərək bu serverlərdən öz məlumatlarını silə bilərlər.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2217

Oxşar yazılar