
Polis Olimpiya Festivalı zamanı gücləndirilmiş rejimdə işləyəcək - RƏSMİ
Daxili İşlər Nazirliyi (DİN) iyulun 21-dən 27-dək Bakıda təşkil olunacaq Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı həyata keçiriləcək təhlükəsizlik tədbirləri haqqında məlumat yayıb.
Lent.az-ın xəbərinə görə, DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev bildirib ki, yarışlarda iştirakçıların və qonaqların, tamaşaçıların təhlükəsizliyi baxımından müvafiq tədbirlər görülüb. İctimai qaydanın qorunması və təhlükəsizliyin təmini məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları yarış keçirilən müddətdə gücləndirilmiş iş rejimində çalışacaq:
"Təhlükəsizliyin təmini məqsədi ilə yarışların keçiriləcəyi əraziyə velosipedlər, skeytbordlar, skuterlər, təhqiredici, eləcə də təxribat xarakterli dini-siyasi şüarlar, narkotik tərkibli və psixotrop dərmanlar, soyuducu qutuları, piknik və böyük çantalar, zəhərli-toksiki və tezalışan mayelər və maddələr, ətrafa ziyan verə biləcək və ictimai narahatlıq yaradan hər bir cihaz, spirtli içkilər, heyvanlar, içki konteynerləri, uşaq yeməkləri istisna olmaqla digər yeməklər, hər növ silahlar, fişənglər, fənərlər, lazer işıqları, musiqi alətləri və səs cihazları, video çəkən cihazlar, obyektivi 30 santimetrdən uzun olan fotokameralar, stul, kürsü və dronlar gətirmək qadağandır".
Oxşar yazılar

İyun 3 BÜRC üçün şok olacaq: Sınaqlarla kimlər qarşılaşacaq
10 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
10 iyun 2025 , 08:26
Kişilər onlara görə dəli olurlar: BÜRCLƏRİN ən ölümcül qadınları
10 iyun 2025 , 00:02
Bu BÜRCLƏRİ sürətli karyera yüksəlişi gözləyir
9 iyun 2025 , 18:43
Gün eynəyi taxmağın kimlər üçün təhlükəli olduğu AÇIQLANDI
9 iyun 2025 , 17:50
Keniya prezidenti Kamran Əliyevi qəbul etdi
9 iyun 2025 , 17:25
Benzinin ən ucuz və ən baha olduğu 10 ölkə: qiymətlər sizi şoka salacaq
9 iyun 2025 , 17:10
Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
9 iyun 2025 , 12:02